Bu gündən Naxçıvanda şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilib. “AğdamTv” xəbər verir ki, Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə ölkə miqyasında şəhərdaxili gediş haqlarının 30 qəpik olmasına baxmayaraq, Naxçıvan şəhəri daxilində 2022-ci ilin yayından qiymət artırılaraq 40 qəpik müəyyən olunmuşdu. Qiymətlərin yenidən qaydaya salınmasını […]
Year: 2022
“İran Ermənistan ətrafında gedən proseslərdə silahla iştirak etməyə hazırdır” – Xaçatryan
“10 noyabr 2020-ci il tarixli bəyanatdan sonra yaranan vəziyyət dəyişib. İndi İran Ermənistan ətrafında gedən proseslərdə silahla iştirak etməyə hazırdır, Hindistan Ermənistana hərbi dəstək verməyə hazır olduğunu birbaşa bəyan edir”. “AğdamTv” xəbər verir ki, bunu Vahid Ermənistan Partiyasının üzvü Vardan Xaçatryan deyib. “Azərbaycan Türkiyənin dəstəyi ilə Zəngəzur yolunu hərbi yolla […]
Ağdamda Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
28 dekabr 2022-ci ildə Ağdam Muğam Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olmuş Aşıq Valehin 300 illik yubileyinə həsr edilmiş “Qarabağdan səfər etdim” adlı kitabın təqdimat mərasimi keçirilib. “AğdamTv” xəbər verir ki, mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, […]
Ağdamda “Sazlı-sözlü Qarabağım” adlı konsert proqramı keçirilib
19 Dekabr 2022-ci ildə Ağdam Musiqi Kollecinin təşkilatçılığı ilə kollecin “Sarıtel” aşıq ansamblının “Sazlı-sözlü Qarabağım” adlı konsert proqramı keçirilib. Konsertdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Rayon İcra aparatının əməkdaşları, Ziyalılar, Rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konsert proqramının açılışından öncə Şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik […]
Ağdam rayonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib.
12 dekabr 2022-ci il tarixdə Ağdam rayonunda Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar xatirəsi anılıb. “AğdamTv” xəbər verir ki, anım mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa […]
Ağdam Musiqi Kollecində Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib
12 dekabr 2022-ci il tarixdə Ağdam Musiqi Kollecində Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. “AğdamTv” xəbər verir ki, tədbirdə müəllimlər, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib daha sonra Ümummilli Lider Heydər […]
Ağdam Musiqi Kollecinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş intelektual yarış keçirilib
Ağdam Musiqi Kollecində kollecin müəllim kollektivinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş intelektual yarış keçirilib. “AğdamTv” xəbər verir ki, Dekabr 2022-ci il tarixində Ağdam Musiqi Kollecində keçirilən intelektual yarışda müşahidəçi qismində yarışın fəxri qonaqları Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşları və Ağdam Musiqi Kollecinin drektoru Rafayıl Musayev iştirak […]
XİN: “Sonuncu hərbi təxribat zamanı həlak olmuş erməni hərbçilərinin axtarışı davam edir”
Beynəlxalq humanitar hüquqa möhkəm sadiqliyini nümayiş etdirən Azərbaycan sentyabrın 12-14-də delimitasiya olunmamış sərhəd boyunca Ermənistanın sonuncu hərbi təxribatı zamanı həlak olmuş erməni əsgərlərinin qalıqlarının axtarışını davam etdirir. “AğdamTv” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə bildirib. A.Hacızadə qeyd edib ki, indiyədək 146 […]
Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Ağdamda olublar
Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar, İran azərbaycanlılarının insan hüquqları müdafiəçiləri – “Ərk” İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli və yazıçı, tədqiqatçı, jurnalist Maşallah Rəzmi Ağdam şəhərində olublar. “AğdamTv”nin Qarabağ Bürosunun məlumatına görə, onlara işğal dövründə ermənilərin Ağdamda törətdiyi vəhşiliklər barədə məlumat verilib.Qonaqlar Pənahəli xanın İmarət Kompleksini, Ağdam […]
Şəmkirdə 28 yaşlı kişini elektrik cərəyanı vurub
Şəmkir rayon sakini 1994-cü il təvəllüdlü N.Aslanovu elektrik cərəyanı vurub. “AğdamTv”nin məlumatına görə, hadisə onun yaşadığı evdə təmir işləri görən zaman ehtiyatsızlıqdan baş verib. N.Aslanov xəsarət alıb və xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.