Ukrayna Birləşmiş Millətlər Təşkilatından (BMT) Zaporojye Atom Elektrik Stansiyasını qorumaq üçün Rusiya ilə razılaşmadan belə sülhməramlılar göndərməyi xahiş edib. “AğdamTv” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Sülhməramlı kontingentlə bağlı artıq BMT-yə müraciət göndərilib. Qeyd edək ki, Ukrayna ötən ilin sentyabrından əraziyə BMT sülhməramlılarının göndərilməsini tələb edir.
Category: Dünya
Çin 16 raket və bomba daşıya bilən uzaqmənzilli PUA təqdim edib
Çin 16 raket və bomba daşıya bilən uzaqmənzilli pilotsuz uçan aparatı təqdim edib. “Ağdam Tv” xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.Yeni “Wing Loong-3” pilotsuz təyyarəsi qitələrarası uçuş məsafəsi və havada hədəflərə hücum etmək qabiliyyətinə malikdir.PUA ilk dəfə Çinin Çjuhay şəhərində (Quandun əyaləti) aviaşouda nümayiş etdirilib. […]
Qaçqınların sayı İkinci Dünya Müharibəsindən indiyədək ən yüksək həddə çatıb
Dünyada qaçqınların sayı 103 milyon nəfərə çatıb ki, bu da İkinci Dünya Müharibəsindən sonra ən böyük göstərici sayılır. “Ağdam Tv” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Tokioda keçirilən mətbuat konfransında bildirib.Onun sözlərinə görə, 103 milyon nəfərdən 14 milyonu Ukrayna sakinləridir.”İndi bu, […]
İran Ermənistana qaz ixracını ikiqat artırır
İranın Ermənistana qaz ixracı iki dəfə artacaq. Agdamtv.info-nun məlumatına görə, bunu İranın neft nazirinin qaz məsələləri üzrə müavini Məcid Çəgni deyib. O bildirib ki, bu gün Ermənistanın baş nazirinin İrana səfəri ilə eyni vaxtda bu ölkə ilə əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması ilə yanaşı, elektrik enerjisi ilə qaz mübadiləsi müqaviləsinin […]
İranda qazdoldurma məntəqəsində partlayış baş verib, yaralananlar var
İranın Qonbədkavus şəhərində maye qaz (LPG) doldurma məntəqəsində yanğın baş verib. Agdamtv.info-nun məlumatına görə, yanğın nəticəsində 6 nəfər xəsarət alıb. Məlumata görə, hər 6 nəfər ağır yanıq xəsarəti aldığı üçün Qorqazn şəhər xəstəxanasına köçürülüblər. Onların vəziyyəti orta ağırdır.
Ərdoğan Putinlə taxıl dəhlizini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. Agdamtv.info xəbər verir ki, tərəflər Rusiya-Ukrayna müharibəsini və regional məsələləri müzakirə ediblər. Eyni zamanda, Ərdoğan Putinlə taxıl dəhlizi ilə bağlı problemin həllinə dair fikir mübadiləsi aparıb.
Daha bir erməni əsgəri öldü
Ermənistanda hərbi hissələrdən birində müddətli hərbi qulluqçunun cəsədi aşkar olunub. bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. Məlumata görə, 2003-cü il təvəllüdlü Qraçya Karamyan aldığı güllə yarasından ölüb. Bununla belə, insidentin səbəbi hələ ki bəlli deyil və faktla bağlı araşdırma aparılır.
ABŞ Rusiyaya nüvə silahı barədə xəbərdarlıq edib
ABŞ Rusiyaya Ukraynada nüvə silahının tətbiqinin nəticələri barədə xəbərdarlıq edib. Agdamtv.info xəbər verir ki, ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bunu CBS telekanalına müsahibəsində bildirib. Ceyk Sallivan deyib ki, ABŞ hakimiyyəti çox yüksək səviyyədə Moskvaya bəyan edib ki, Rusiyanın nüvə silahı tətbiq etməsinin fəlakətli nəticələri olacaq və Vaşinqton […]
Ukrayna itirdiyi ərazisini Azərbaycan vasitəsilə necə tərk etmək barədə məlumat yayıb
Ukraynanın Xarici İşlər Naziriyi vətəndaşlarına Rusiya hərbçiləri tərəfindən ələ keçirilmiş ərazisini Azərbaycan, Gürcüstan və ya Qazaxıstan vasitəsilə tərk etmək barədə izahat xarakterli məlumat yayıb. Bu barədə “Agdamtv.info” Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Qeyd edilir ki, həyat və sağlamlıq üçün təhlükə olduğuna görə, bu gün Krımda və ya […]
Hindistan Ukraynaya növbəti humanitar yardım göndərib
Hindistanın Kiyevdəki səfiri Harş Kumar Ceyn Ukrayna Səhiyyə Nazirliyinə humanitar yardımın 12-ci partiyasını – dərman preparatları və tibbi avadanlıqlar, o cümlədən hemostatik sarğılar təhvil verib. Agdamtv.info “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, Hindistan bundan əvvəl Ukraynaya artıq tibbi məhsullar və avadanlıqlar, ədyal və çadırlardan ibarət 97,5 ton humanitar yardım göndərmişdi. Bundan […]