Şəmkir rayon sakini 1994-cü il təvəllüdlü N.Aslanovu elektrik cərəyanı vurub. “AğdamTv”nin məlumatına görə, hadisə onun yaşadığı evdə təmir işləri görən zaman ehtiyatsızlıqdan baş verib. N.Aslanov xəsarət alıb və xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Category: Hadisə
Qəbələdə məktəbdə yanğın olub
Qəbələ rayonunun Soltannuxa kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli kənd tam orta məktəb binasının sahəsi 26 m² olan sinif otağında döşəmə 10 m² sahədə yanıb. Agdamtv.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
DTX: Hərbi təlimlərə cəlb edilmiş şəxslərdən biri İran səfirliyinin avtomaşını ilə Azərbaycana çatdırılıb
Araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib. Agdamtv.info xəbər verir ki, bu barədə bu gün […]
Gəncədə iki maşın toqquşub, 3 nəfər xəsarət alıb
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Agdamtv.info-nun məlumatına görə, şəhərdə hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanların 1968-ci il təvəllüdlü Etibar Həsənov, 1967-ci il təvəllüdlü Asəf Səmədov və 1966-cı il təvəllüdlü Musa Həsənov olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Biləsuvar sakini aptekdə iynə vurdurduqdan sonra qəfil vəfat edib
Biləsuvar rayon sakini qəflətən vəfat edib. Agdamtv.info -nunməlumatına görə, rayonun Xırmandalı kənd sakini, 1990-ci il təvəllüdlü Muxtarov Niyaməddin Musa oğlu ürəyində olan ağrılarla əlaqədar aptekə yaxınlaşıb. Şahidlərin sözlərinə görə, bu zaman ona iynə vurulub. Küçəyə çıxan N.Muxtarov qəflətən yerə yıxılıb. Daha sonra onun öldüyü məlum olub.Onun meyiti müayinə olunması üçün […]