“AğdamTv” -nin “Şəxsiyyətlər” rubrikasının növbəti qonağı əfsanəvi “Qarabağ Atı”-nın genefondunun qorunmasında əvəzsiz fəaliyyətləri olan ziyalı, tanınmış zootexnik Maarif Hüseynov olub. Maarif Hüseynov haqqında bioqrafiya: Hüseynov Maarif Məmməd oğlu 22 mart 1947-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olub. O, 1954-cü ildə Kəngərli kənd 7 illik məktəbinin 1-ci sinfinə daxil olmuşdur. […]
“Qarabağ” Kadini fantastik məbləğə satdı – Azərbaycan futbolunda ilk
Xəbər verdiyimiz kimi, “Qarabağ” futbol klubu Kadi Borgesin “Krasnodar”a transfer olunduğunu rəsmən açıqlayıb. “AğdamTv”-nun əldə etdiyi məlumata görə, transfer Ağdam klubuna 5 milyon dollar qazandıracaq. Belə ki, braziliyalı futbolçu ilə yayda bağlanmış müqavilənin şərtlərinə əsasən, hər hansı bir klub qeyd olunan məbləği təklif edəcəyi halda Kadini transfer etmək hüququna sahib […]
Suqovuşana gələn suyu ermənilər azaldıb? – Açıqlama
“Ermənilərin Sərsəng su anbarından Suqovuşan su anbarına verilən suyun həcmini azaltması barədə yayılan məlumat həqiqəti əks etdirmir”. “AğdamTv” xəbər verir ki, bunu “Trend”ə açıqlamasında Tərtərçay Hidroqovşağının İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov deyib. O bildirib ki, su anbarındakı təmir işləri ilə əlaqədar suyun həcmi bilərəkdən azaldılıb. “Göldə suyun səviyyəsinin aşağı […]
Kadi Borges “Qarabağ”dan getdi – RƏSMİ
“Qarabağ”ın ulduz futbolçusu Kadi Borges Rusiyanın “Krosnadar” klubuna transfer olunub. “AğdamTv” xəbər verir ki, “Qarabağ” klubu məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Klubun yaydığı açıqlamada deyilir: “Futbolçumuz Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşmışdır. Danışıqların yekununa əsasən futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar” klubu ilə rəsmi […]
Ukrayna BMT-ni Zaporojye AES-i qorumaq üçün sülhməramlılar göndərməyə çağırıb
Ukrayna Birləşmiş Millətlər Təşkilatından (BMT) Zaporojye Atom Elektrik Stansiyasını qorumaq üçün Rusiya ilə razılaşmadan belə sülhməramlılar göndərməyi xahiş edib. “AğdamTv” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Sülhməramlı kontingentlə bağlı artıq BMT-yə müraciət göndərilib. Qeyd edək ki, Ukrayna ötən ilin sentyabrından əraziyə BMT sülhməramlılarının göndərilməsini tələb edir.
Selçuk Bayraktar: “Siyasətlə məşğul olmaq planım yoxdur”
“Siyasətlə məşğul olmaq planım yoxdur”. “AğdamTv” xəbər verir ki, bunu “Baykar” müdafiə sənayesi şirkətinin İdarə heyətinin sədri, “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) yaradıcısı Selçuk Bayraktar deyib. O bildirib ki, sonadək hazırki işi ilə məşğul olmağı planlaşdırır: “Əlbəttə, bu, yarışdır. Biz də, onlar da (siyasətçilər- red.) öz vəzifələrini icra edəcəklər. Getdiyimiz […]
Prezidentin Naxçıvandakı nümayəndəsi Ordubad sakinlərinin şikayətini dinləyib
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb. “AğdamTv” xəbər verir ki, səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb. Bildirilib ki, bugünkü görüşdə sakinlərin problemlərini, üzləşdikləri çətinlikləri dinləyəcəyik. Görüşdə 44 rayon sakininin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb. […]
Naxçıvanda ictimai nəqliyyatda gedişhaqqı endirilib
Bu gündən Naxçıvanda şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilib. “AğdamTv” xəbər verir ki, Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə ölkə miqyasında şəhərdaxili gediş haqlarının 30 qəpik olmasına baxmayaraq, Naxçıvan şəhəri daxilində 2022-ci ilin yayından qiymət artırılaraq 40 qəpik müəyyən olunmuşdu. Qiymətlərin yenidən qaydaya salınmasını […]
“İran Ermənistan ətrafında gedən proseslərdə silahla iştirak etməyə hazırdır” – Xaçatryan
“10 noyabr 2020-ci il tarixli bəyanatdan sonra yaranan vəziyyət dəyişib. İndi İran Ermənistan ətrafında gedən proseslərdə silahla iştirak etməyə hazırdır, Hindistan Ermənistana hərbi dəstək verməyə hazır olduğunu birbaşa bəyan edir”. “AğdamTv” xəbər verir ki, bunu Vahid Ermənistan Partiyasının üzvü Vardan Xaçatryan deyib. “Azərbaycan Türkiyənin dəstəyi ilə Zəngəzur yolunu hərbi yolla […]
Ağdamda Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
28 dekabr 2022-ci ildə Ağdam Muğam Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olmuş Aşıq Valehin 300 illik yubileyinə həsr edilmiş “Qarabağdan səfər etdim” adlı kitabın təqdimat mərasimi keçirilib. “AğdamTv” xəbər verir ki, mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, […]