weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ağdamda yeni Kitabxana açılışı baş tutub

Ramin Bəhmən tərəfindən

18 avqust 2022 23:33 tarixində paylaşıldı.

FB_IMG_1660850675577

Ağdam rayonunda Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən tikilmiş kitabxananın açılış mərasimi olub.

“Qarabaginfo.com” xəbər verir ki, 18 avqust 2022-ci il tarixində Ağdam rayonunun Sarıcalı kəndində Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Təhsil proqramı layihəsi əsasında tikilən kitabxananın açılış mərasimi olub. Mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil idarəsinin Ağdam rayon sektorunun müdiri Tahir Abbasov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Təhsil proqramı üzrə koordinatoru Karla Huver, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə alt nümayəndəliyinin rəhbərinin müşaviri Xudaverdi Rzayev, Beynəlxalq Qızıl Xaç Komitəsinin Təhsil proqramının mütəxəssisi Gülnara Həsənova,Təhsil proqramının yerli nümayəndələri, kitabsevərlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov kitabxananın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, həmin kitabxananın kitab fondu ərazidə yaşayan əhalinin maarifləndirilməsində mühüm rol oynayacaqdır.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda