weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Dövlət Turizm Agentliyində qanvermə aksiyası keçirilib

Ramin Bəhmən tərəfindən

26 aprel 2023 19:51 tarixində paylaşıldı.

FB_IMG_1682514666132

Aprelin 26-da Dövlət Turizm Agentliyində “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində qanvermə aksiyası keçirilib.

“AğdamTv” xəbər verir ki, qanvermə aksiyasında qurumun əməkdaşları tərəfindən könüllü olaraq hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaq məqsədilə qan verilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nəzdindəki Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən əvvəlcə qan vermək istəyən əməkdaşların sağlamlıq durumu qiymətləndirilib.

Terapevt müayinəsi ilə qan vermək istəyən əməkdaşlardan anamnez toplanılıb, təzyiq, nəbz, hərarət, çəki və boy yoxlanışından sonra qandakı hemoqlobinin səviyyəsi öyrənilib və yalnız bundan sonra uyğun donorların qanvermə aksiyasında iştirakına icazə verilib. Donorlardan alınan qan nümunələri laboratoriyada yoxlanışından sonra qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə edilmək üçün Mərkəzi Qan Bankında toplanacaq.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda