weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Əmək qabiliyyətini müvəqqəti itirənlərə müavinət verilərkən tam ay tələbi aradan qaldırılır

admins tərəfindən

16 mart 2024 20:53 tarixində paylaşıldı.

65f58c9b7176b65f58c9b7176c171059113165f58c9b7176865f58c9b7176a

Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə təsdiq edilib.

“AğdamTv” xəbərinə görə, Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, Qərarla tənzimlənən məsələlərə əsasən:

• sığortaolunan bir neçə yerdə muzdlu işə aid olan fəaliyyətdən qazanc əldə etdiyi halda, ona ödənilən müavinətin məbləğinin əsas iş yeri üzrə əməkhaqqının 2 mislindən artıq olmaması məhdudiyyəti ləğv olunur, yəni xəstəlik vərəqəsi üzrə işçiyə müavinət hesablanarkən onun bütün iş yerləri üzrə qazancı nəzərə alınacaq və ödəniləcək;

• sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə növbəti hesabat təqdim olunanadək sığortaolunan əmək qabiliyyətini müvəqqəti itirərsə, o halda sığortaedən işçinin ötən hesabatdan sonrakı dövr üçün gəliri barədə DSMF-yə arayış göndərəcək və həmin arayış əsasında əmək qabiliyyətini müvəqqəti itirilməsi tarixindən əvvəl sığortaolunanın bütün qazancı müavinətin hesablanmasında nəzərə alınacaq;

• dəyişiklikdən əvvəl müavinətin məbləği hesablanarkən əmək qabiliyyətini müvəqqəti itirilməsi tarixindən əvvəlki 12 tam ay üzrə qazanc nəzərə alınırdı, yəni ay tam olmadıqda həmin ay üzrə qazanc müavinətin hesablanmasında nəzərə alınmırdı. Dəyişikliyə əsasən, tam ay tələbi aradan qaldırılır və xəstəlik tarixindən əvvəlki 12 ay üzrə, yəni ay tam olmazsa müavinətin məbləği həmin ayın günləri üzrə qazanc da nəzərə alınmaqla hesablanacaqdıır;

• sığortaolunan muzdlu işə aid olan əsas iş yerindən əlavə, muzdlu işə aid olmayan fəaliyyətdən (sahibkarlıq fəaliyyətindən) gəlir əldə edərsə, həmin sığortaolunana müavinətin məbləği hesablanarkən onun sahibkarlıq fəaliyyəti ilə bağlı məcburi dövlət sosial sığorta haqqına cəlb olunan qazancı da nəzərə alınmaqla hesablanacaq.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda