weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

İcma: Ermənistan azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi davam etdirir

Ramin Bəhmən tərəfindən

06 noyabr 2023 21:36 tarixində paylaşıldı.

9b97e8ff-8126-33f8-b659-85f99847d2c2_850

Ermənistan hökuməti azərbaycanlılara qarşı irqi ayrı-seçkilik siyasətini davam etdirir.

Ağdam Tv xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda xatırlanır ki, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç 2023-cü il oktyabrın 23-də Qərbi Azərbaycan İcmasını ziyarət edərək, Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüşüb:

“Ermənistan tərəfi xüsusilə bu görüşdən sonra Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatlar çərçivəsində özünün insan hüquqları gündəliyi üzrə apardığı fəaliyyətə qarşı misli görünməmiş qarayaxma və təzyiq kampaniyası aparır.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi 2023-cü il noyabrın 6-da açıq şəkildə bildirib ki, İrəvan bu ölkədən qovulmuş azərbaycanlılar məsələsi ilə məşğul olmasını dayandırması üçün Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə ciddi təzyiqlər göstərir. Ermənistan XİN-in sözçüsü hətta iddia edib ki, rəsmi İrəvan göstərdiyi təzyiqlərə görə D.Miyatoviç səfərinin yekunlarına dair yaydığı mətbuat relizində Ermənistandan olan azərbaycanlı qaçqınlarla keçirdiyi görüşü barədə istinad verməyib.

Qərbi Azərbaycan İcması Ermənistanın həyata keçirdiyi qarayaxma kampaniyasını insan hüquqlarına, ifadə azadlığına və vətəndaş cəmiyyətinə qarşı təzyiq və hörmətsizlik hesab edir. Bu kampaniya bir daha onu sübut edir ki, Ermənistan hökuməti azərbaycanlılara qarşı irqi ayrı-seçkilik siyasətini davam etdirir və qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına imkan yaratmaq niyyəti yoxdur.

İcma beynəlxalq insan hüquqları təsisatlarını, ələlxüsus, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçi Ermənistanın təzyiqlərinə məhəl qoymamağa və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtması məsələsi ilə məşğul olmaqda davam etməyə çağırır.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda