weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ceyhun Bayramov Rumıniya Senatının sədri ilə görüşüb

Ramin Bəhmən tərəfindən

06 noyabr 2023 18:59 tarixində paylaşıldı.

6548fa22443c36548fa22443c416992814426548fa22443c16548fa22443c2

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniya Respublikasına rəsmi səfəri çərçivəsində Rumıniya Parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regionda və dünyada mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Rumıniya ilə ötən il diplomatik münasibətlərimizin 30 illiyinin tamam olduğunu qeyd edərək, bu illər ərzində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında qarşılıqlı səfərlər, təmasların, o cümlədən parlament diplomatiyasının rolunu vurğulayıb. Bu istiqamətdə, münasibətlərin daha da genişləndirilməsi məqsədilə iki ölkə arasında mövcud müqavilə-hüquq bazasının inkişafının zəruri olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafı ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində dəstək və həmrəyliyə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunun təqdirəlayiq olduğunu qeyd edib.

İki ölkə arasında strateji tərəfdaşlığın bir sıra istiqamətlərində, xüsusilə ticarət dövriyyəsinin artırılması, iqtisadi, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və s. istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Alternativ enerji, rəqəmsal inkişaf sahəsində əməkdaşlığın inkişaf potensialı diqqətə çatdırılıb.

Görüş zamanı qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın yenidənqurma, reinteqrasiya və sülh quruculuğu fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. Nazir Ceyhun Bayramov, xüsusilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində tərəfimizdən görülən, qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyan anti-terror tədbirlərindən sonra regionda reinteqrasiya və sülh gündəliyinin irəlilədilməsi üçün münbit şəraitin yarandığını vurğulayıb.

Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkəmizin bundan sonra da Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi üzrə əməli addımlar atmaqda qərarlı olduğu diqqətə çatdırılıb.

Senatın sədri Nikolae Çuka, Rumıniyanın Baş naziri qismində ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə, cari ilin oktyabr ayında isə Parlament Senatının sədri qismində Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirdiyi görüşlərə istinad edərək, bu kimi təmaslar çərçivəsində ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsinin əməkdaşlığa töhfə verdiyini bildirib. Rumıniyanın Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində Azərbaycanın səylərini dəstəklədiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda