weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Bu xəttin açılması Türkiyəni Orta Asiya ilə birləşdirəcək”

Ramin Bəhmən tərəfindən

03 noyabr 2023 14:02 tarixində paylaşıldı.

MyCollages__69_

“Qlobal çağırışlarla mübarizəmizdə ən mühüm gücümüz türk dünyasının birliyi, həmrəyliyidir. Bu həqiqəti son vaxtlar rastlaşdığımız bir çox hadisələrdə görmüşük və görməkdə davam edirik. Vətən müharibəsindən sonra Azərbaycan Qarabağda 30 il davam edən işğala tamamilə son qoydu. Biz bu tarixi nailiyyətdən böyük qürur və fərəh hissi keçiririk. Beləliklə, biz regionumuzda daimi sülhə daha bir addım yaxınlaşdıq. Açılan fürsət pəncərəsindən yararlanmaq bizim ən böyük arzumuzdur”.

“AğdamTv” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında səsləndirib.

Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyin vurğulayan Türkiyə Prezidenti deyib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda