weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Rusiya sülhməramlılarının Qarabağda daha bir müşahidə məntəqəsi bağlanıb

Ramin Bəhmən tərəfindən

12 oktyabr 2023 20:29 tarixində paylaşıldı.

23fbea39-ec36-3805-b9a3-9342883ad5f6_850

Rusiya sülhməramlılarının Qarabağda daha bir müşahidə məntəqəsi bağlanıb.

“AğdamTv” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Bununla da bağlanan müşahidə məntəqələrinin sayı 23-ə çatıb.

Qeyd edək ki, sentyabrın 19-dan Əsgəran, Şuşa, Xocavənd və Ağdərə rayonlarında sülhməramlılların 7 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda