weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Qarabağdakı qondarma rejimdən SƏRSƏM PLAN: sentyabrdan…

Gülcan Qəniyeva tərəfindən

04 iyul 2023 19:24 tarixində paylaşıldı.

50bddb69417db4d1850d14529df87fa3

Qarabağdakı qondarma rejimin təmsilçiləri başlarının əzilməməsindən sui-istifadə edib sərsəm xəyallara düşürlər.

“AğdamTv”-nin xəbərinə görə, oyuncaq rejimin qondarma “təhsil, elm, mədəniyyət və idman naziri” Norayr Mkrtçyan deyib ki, yeni tədris ilindən “artsax respublikası”nın ümumtəhsil məktəblərində “artsaxın tarixi” fənni tədris olunacaq.

Mkrtçyan bildirib ki, birinci mərhələdə onun yalnız 8-9-cu siniflərdə tədris olunması planlaşdırılır, lakin gələcəkdə digər siniflər kurikuluma daxil ediləcək. Separatçı iddia edib ki, ideyanın məqsədi “artsax” tələbələrinin öz ərazisində baş verən tarixi hadisələri daha yaxşı başa düşmələridir.

Beləliklə, cəmi 1-2 əsrdir Azərbaycan ərazilərində mövcud olan gəlmələr saxta tarix yaradaraq beyinləri zəhərləməkdə davam etməyi hədəfləyiblər. Amma arzuları gözlərində qalacaq, bizdən demək!

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda