weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Mett Qarnet: “Ermənistan Qarabağdakı mina sahələrinin xəritələrini Azərbaycana verməlidir”

Ramin Bəhmən tərəfindən

10 oktyabr 2023 21:32 tarixində paylaşıldı.

523b1f87-c183-301b-bd27-b1e477e119a6_850

“Ermənistan minaların təhlükəsiz zərərsizləşdirilməsini təmin etmək və çirklənmiş ərazilərin təmizlənməsini sürətləndirmək üçün mina sahələrinin xəritələrini Azərbaycana verməlidir”.

“AğdamTv” xəbər verir ki, bunu amerikalı vətəndaş cəmiyyəti fəalı, Miçiqan Universitetinin tələbəsi Mett Qarnett deyib.

“Minalar dünyanın bir çox ölkələrində təhlükə yaradır, onlardan biri də Azərbaycandır. Azərbaycanın 2020-ci ildə işğaldan azad edilmiş Qarabağ bölgəsində çoxlu sayda mina və partlamamış hərbi sursat aşkar edilib. Minaların təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırırıq. Bu, Qarabağ sakinlərinə öz evlərinə qayıtmağa və normal həyat sürməyə imkan verəcək”, – o bildirib.

Qeyd edək ki, bir sıra xarici qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti fəalları “Minalarsız azad dünya üçün qlobal təşəbbüs” petisiyasına imza toplayırlar.

Petisiya “Dünya Qafqazda sülhü dəstəkləyir” (World For Peace in Caucasus) beynəlxalq kampaniyası çərçivəsində “JotForm” beynəlxalq platformasında yerləşdirilib.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda