weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Erməni politoloqlardan Qarabağla bağlı SENSASİON İDDİALAR

Ramin Bəhmən tərəfindən

10 iyul 2023 14:19 tarixində paylaşıldı.

7f97048d45db0efcf89fa9cfc319fa2c

Ermənistanda yerli rusdilli mətbuatın təqdim etdiyi qədər əhali arasında Qarabağ probleminə “ölüm-qalım” məsələsi kimi baxan çox deyil.

“AğdamTv” xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı yerli politoloqların fikirləri təxminən eyni yöndədir.

Qeyd edək ki, iyulun 6-da Ermənistan müxalifətinin bir qrup nümayəndəsi baş nazir Nikol Paşinyanın Baqramyan prospektində yerləşən iqamətgahını bağlamağa cəhd göstərib. Lakin piketdə cəmi 10 nəfərə yaxın fəal iştirak edib. Aksiyanın təşkilatçısı Edqar Kazaryanın sözlərinə görə, ictimai dəstək olmadığından giriş-çıxışları bağlamaq mümkün olmayıb.

“İctimai dəstəyin olmaması cəmiyyətin laqeydliyinin deyil, siyasi qüvvələrə inamsızlığın nəticəsidir”, – deyə politoloq Andrias Qukasyan iyulun 7-də “Kavkazskiy uzel” saytına verdiyi müsahibədə deyib.Qukasyanın fikrincə, cəmiyyət Kazaryanın siyasi dayaqları olmadığı üçün onun çağırışına cavab verməyib.

“Bu gün Ermənistanda elə bir siyasətçi və ya ictimai xadim yoxdur ki, onun etiraz çağırışı xüsusi dəstək alsın. Əgər inanılan siyasətçi və ya siyasi qüvvə meydana çıxsa, etirazlar ictimaiyyətdə rezonans doğuracaq”, – deyə erməni politoloq bildirib.

“Müxalifət Qarabağ məsələsini şantaj edərək, ictimaiyyəti etiraza və ya vətəndaş itaətsizliyinə sövq etməyə çalışır. Hakimiyyəti bərpa etmək üçün cəmiyyətin emosiyaları və əxlaqı ilə oynamaq cəhdi görünür”, – Andrias Qukasyan qeyd edib.

Siyasi müşahidəçi Akop Badalyan isə Ermənistan cəmiyyətinin passivliyinə 2 səbəb göstərib:

“Birincisi, cəmiyyətdə aksiyaların təşkilatçılarına inam yoxdur. İctimai rəydə onlar keçmiş siyasi elita ilə əlaqələndirilir. Cəmiyyətdə isə keçmiş siyasi elitaya güclü inamsızlıq var. İkincisi, təklif olunan problemin həlli üsulları və mexanizmləri inandırıcı deyil, bu da cəmiyyətdə şübhə doğurur”.

Akop Badalyan son sorğularda Ermənistan vətəndaşlarının 64%-nin heç bir siyasi qüvvəyə inanmadığını ortaya çıxardığını xatırladıb. “Bu, Ermənistanın siyasi meydanında boşluq olduğunu göstərən böyük göstəricidir. Bu, siyasi gündəmin olmaması anlamına gəlir. Sadəcə konkret bir təklif ictimai dəstək tapa bilər”, – deyə Badalyan izah edib.

Onun fikrincə, müxalifət ictimaiyyəti niyyətlərinin səmimiliyinə, Qarabağ məsələsindən sırf indiki iqtidarla siyasi hesablaşmaq üçün istifadə etməyə çalışmadığına inandıra bilmir. “Bu vəziyyət hər iki siyasi qütbü qane edir. Müxalifət üzərinə götürəcəyi məsuliyyətdən yayınaraq hakimiyyəti geri qaytarmaq istəmir. Hakimiyyət də bunu başa düşür”, – deyə erməni ekspert vurğulayıb.

Politoloq Armen Ovannisyan da Kazaryanın aksiyasının tərəfdar toplamadığını təşkilatçıların keçmiş siyasi elita ilə əlaqəli olmasına bağlayıb.

Onun sözlərinə görə, müxalifət iqtidar qədər eyni dərəcədə cəmiyyətin dəstəyini görmür. “Əgər sabah Paşinyan tərəfdarlarını Respublika Partiyasının ofisini mühasirəyə almağa çağırsa, həmin aksiyaya Kazaryanın nümayişindən iki dəfə çox iştirakçı toplanacaq”, – deyə erməni politoloq bildirib.

Ovannisyana görə, həm iqtidar, həm də müxalifət ictimai şüurla manipulyasiya edir.

“Hakimiyyət Ermənistanın Qarabağ ətrafındakı vəziyyəti dəyişdirmək iqtidarında olmadığına inandırmağa çalışır. Lakin Ermənistanın heç bir şeyi dəyişə bilmədiyi barədə düşüncə əslində Paşinyanın rəqiblərində də kök salıb. Məsuliyyəti cəmiyyətin üzərinə qoymaq cəhdi siyasi uğursuzluğa bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil”, – deyə Ovannisyan qeyd edib.

Xəbəri Paylaşın:

Digər Xəbərlər

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda