weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Saatlıda qayınatasını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutuldu

Səadət Quliyeva tərəfindən

30 aprel 2023 21:25 tarixində paylaşıldı.

IMG_9820

Saatlıda qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Saatlı Rayon Prokurorluğundan bildirilib.

Aprelin 30-u saat 12 radələrində Saatlı rayonu Məmmədabad kənd sakinləri – 2004-cü il təvəllüdlü Əminə Əmirova və atası, 1980-ci il təvəllüdlü Kamal Əmirovun xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2002-ci il təvəllüdlü Əli Mirilinin aralarında yaranmış mübahisə zamanı arvadı Əminə Əmirovaya bıçaqla xəsarət yetirməsi və həmin vaxt mübahisəyə müdaxilə etmək istəyən qayınatası Kamal Əmirova da bıçaqla xəsarətlər yetirərək sonuncunu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Əli Mirili şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda