weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Azərbaycan qeyri-neft ixracını 21 faiz artırdı

Səadət Quliyeva tərəfindən

05 may 2023 19:39 tarixində paylaşıldı.

IMG_0264

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracının dəyəri 12,6 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 1,2 milyard ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 21,2% artıb. O cümlədən, spirtli və spirtsiz içkilərin ixracında 6 dəfə artım olub.

Hesabat dövründə aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın dəyəri 9,1% artaraq 248,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 1 il əvvələ nisbətən 53,8% artaraq 74,7 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2021-ci ilə nisbətən 12,3% artaraq 3 047,67 milyon ABŞ dolları olub.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda