weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Ağdamda “Mən fəxr edirəm ki Azərbaycanlıyam” adlı tədbir keçirilib

Səadət Quliyeva tərəfindən

04 may 2023 21:51 tarixində paylaşıldı.

da3efa41-b044-408f-a830-d820c0df1be7

“Agdam tv” xəbər verir ki, 04 may tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM), Ağdam RİH və Ağdam H.Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ağdam H.Əliyev Mərkəzində Ulu öndər H.Əliyevin 100 illiyi ilə əlaqədar ”Mən fəxr edirəm ki Azərbaycanlıyam” başlığı altında Ağdam ümumitəhsil müəssisələrinin məktəbliləri arasında elan olunmuş Rəsm müsabiqəsinin yekun tədbiri keçirilib.


Tədbirdə Ağdam UADM-in əməkdaşları, Ağdam RİH və Ağdam H.Əliyev Mərkəzinin əməkdaşları, Ağdam Təhsil Sektorunun əməkdaşları, Dövlət İdarələri və ictimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Ağdam rayon üzrə şöbəsinin əməkdaşları, məktəblərdən müəllim, şagird kollektivi və valideynlər iştirak ediblər.
Tədbir zamanı əvvəlcə Ulu öndərin abidəsi ziyarət olunub, abidə önünə gül qoyulub, H.Əliyevin 100 illiyi münasibətilə Rəsm müsabiqəsi üçün məktəblilərin çəkdikləri rəsmlərin sərgisinə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunub, torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra ümummilli lider H.Əliyevə həsr olunmuş ”Ulu öndər H.Əliyev və uşaqlar” adlı sənədli film nümayiş edilib.
Tədbirdə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova Rəsm müsabiqəsinin gedişi barədə çıxış edərək, müsabiqədə fəal iştirak edən Ağdam Təhsil Sektoruna aid orta məktəbləri elan etmişdir.
Tədbirin sonunda müsabiqənin 1,2,3-cü yerlərin qaliblərinə diplom və hədiyyələr təqdim edilib.
Tədbirdə 130 nəfər iştirak edib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda