weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Ağdam təhsili ölkəmizə bir çox töhfələr verib” – Tünzalə Vəliməmmədova

Səadət Quliyeva tərəfindən

05 may 2023 22:03 tarixində paylaşıldı.

a7f111b0-9c7a-4614-ae2a-76b9c9de03ec

“Ağdam tv”nin növbəti müsahibi Tünzalə Vəliməmmədova Məmməd qızıdır.

-Gəlin Tünzalə Vəliməmmədovanı yaxından tanıyaq…

-Mən ziyalı ailəsinin üzvü, Ağdam rayon Ağbirçəklər Şurasının sədri, rayon Qadınlar Şurasının sədr müavini, 

qızıl qələm mükafatçısı – Tünzalə Vəliməmmədova. 37 yaşımda təkcə  mən yox, Azərbaycan xalqı həyatın keşməkeşli üzünü gördü. Məcburi köçkün adını aldıq.

-Qarabağ təhsilinin köçkünlük dövründən danışa bilərsiniz?

-Sizlə bir xatirəmi bölüşə bilərəm ki, Ulu Öndərimizlə Türk Qızılay Cəmiyyətinin qarşısında bir görüşümüz oldu. Havanın soyuq olmasına baxmayaraq, insanların içərisinə daxil olaraq qocalara, qadınlara dəstək oldu. Mənim məktəb direktoru olduğumu bildikdə Maarif Nazirliyin sədri Lidiya Rəsulovaya öz göstərişlərini verdi. Bərdə rayon Təhsil şöbəsi bizi bir sıra əşyalarla təmin etdi. O əşyalar sayəsində biz məskunlaşdığımız çadırda Ağdam rayonu 2 saylı köçkün orta məktəbini qura bildik. İsrafil Xaçınçaylı adlı müəllim bizə çox dəstək olmuşdu. O yadımdadır ki, ilk günlərdə partaların üstünə şeir yazardı:      

-Tarixlərdə nadir haldır,

-Şagird çöldə təlim aldı,

-Demə, çadır darıskaldır,

-Təki, qəlbin dar olmasın!

-Ağdam təhsili Azərbaycana öz töhfələrini çox keçmədən verməyə başladı, elə həmin ildəcə bir neçə məzun Bakı Dövlət, Tibb Universiteti kimi yüksək təhsil mərkəzlərinə qəbul oldular. Məktəbimizin bir şagirdi Ümummilli liderimizə “ən çox sevdiyim məktub” adlı məktub yazdı, bu məktubda o, türk yazıçısı- Səmiha Aydının şeirindən bir parçanı-

-Bir qavğa var içimdə, ona qərar istəyirəm,

-Bir dəli var içimdə, ona zəncir istəyirəm.

-yazmışdı.

-Və sonda “Əziz babam, biz sizin bu qavğaya qərar verəcəyinizə, bu dünyanı nizamlayacağınıza, bizim öz doğma ata-baba yurdumuza qayıtmağımızdan ötrü hər şeyi edəcəyinizə inanırıq”. 

-Ziyalı o kəsdir ki…

-O adam ziyalıdır ki, artıq onun, nəslinin adı tarixlərə yazılıb. O bütün Azərbaycan xalqı üçün ziyalı olur. Ziyalı o kəsdir ki, xalqının çətin günüdə, sıxıntılı anında daim xalqının, el-obasının yanında olsun. Ağdamda da belə ziyalılar çoxdur.. 

-Heydər Əliyev mənim üçün müqayisəsizdir, – deyə o qeyd edib…

-Azərbaycan xalqı Heydər Əliyev kimi rəhbəri olduğuna görə olduqca xoşbəxt xalqdır. Heydər Əliyev “olmazları ol edən insan idi” , o, daima öz strategiyası ilə bir çox rəhbərlərdən fərqlənirdi. Mənim gözümdə onun heç kimlə müqayisəsi yoxdur. Heydər Əliyev bütün dünyanın nümunə götürdüyü bir şəxs idi.

-Mən eyni zamanda qeyd edərdim ki…

-Qarabağda – Ağdamda təmir-bərpa işləri yekunlaşdıqdan sonra orada təhsil yüksək səviyyədə olacaq. Qarabağ təhsili, Qarabağ ziyalıları hər zaman öndə olub. Dövr texnika dövrü olsa da, mən Qarabağ məktəblərində milliliyin unudulmamasının tərəfdarıyam.

-Ağdamda olan 1 nömrəli məktəb 100 ildən çox fəaliyyət göstərdi və yüzlərlə ziyalı yetişdirdi, bu məktəbin əsas özəlliyi isə…

-Belə bir tendensiya var idi ki, orada həm müəllimlər çox savadlı idi, həm də uşaqlara həqiqi qiymət verilirdi. Məktəbin öz xüsusi qaydaları olmamasına rəğmən insan məktəbə daxil olduqda sanki olmayan qaydalara tabe olurdu. O məktəbin bütün şagirdləri mənim üçün əzizdir, eyni zamanda mənim bacım – Durdanə Vəliməmmədova 1975-ci ildə o məktəbi qızıl medalla bitirdi. Bu mənim üçün fəxr hissidir.

-“Məcburi köçkün düşərgəsi deyəndə mənim ağlıma ilk onun fədakarlıqları gəlir”- deyə Tünzalə Vəliməmmədova bildirib…

-Kolanı elinin ziyalı oğlu – Bəhmən Həsənovun adını bütün iclaslarda çəkirəm, rayonda kolxoz sədri kimi fəaliyyət göstərirdi. Qəsəbəyə telefon çəkilməsində, məktəbin əşyalarla təmin edilməsində böyük rolu olmuşdu. Onun elədiyi yaxşılıqları hər zaman bizim yaddaşımızda əbədi olaraq qalacaqdır. 

Ramin Bəhmən

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda