weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

” Uğur Ulduzu” Milli Mükafatının təqdimat mərasimi keçirilib

Ramin Bəhmən tərəfindən

02 yanvar 2024 20:50 tarixində paylaşıldı.

FB_IMG_1704213590812

27 Dekabr Bakı Gənclər Mərkəzində layihə rəhbəri Elnurə İsgəndərova , təşkilatçısı Aygün Əzizovanın olduğu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Uğurlarımızla 2024-ə Uğur Ulduzu” Milli Mükafatının təqdimat mərasimi keçirilib.

Tədbir Beynəlxalq Qalereya və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən öncə qonaqlar müxtəlif yaş qrupundan olan rəssamların Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Öncə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib.Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova bildirdi ki, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizi qürurla yad edir, qəhrəman qazilərimizə cansağlığı arzulayırıq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhraman Silahlı Qüvvələrimizin hərbi qulluqçularının şücaəti sayəsində bu gün ərazi bütövlüyü bərpa edilmiş , Vətən Müharibəsində Şanlı Zəfər qazanmış ölkənin vətəndaşı olmağın qürurunu yaşayırıq. Bunun üçün Möhtərəm Prezidentimizə və qəhrəman hərbiçilərimizə minnətdarlığımızı bildiririk. Azərbaycan xalqının tarixində misilsiz xidmətləri olan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində il boyu Beynəlxalq Qalereya tərəfindən rayonlarda “Vətənpərvərlik Etüdləri” və çox saylı sərgi-tədbirlər təşkil olunub. Bu gün Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil olunan “Uğur Ulduzu” Milli Mükafatında iştirak edənlər məşğul olduqları sahələrdə böyük uğurlar qazanmış media, mədəniyyət və incəsənət xadimləri həmçinin sərgilərimizdə aktiv iştirak edən gənclərimizdir.

Çıxış edənlərdən Bakı şəhəri Nərimanov rayonu Məktəb Lisey Kompleksinin nəzdindəki Heydər Əliyev Muzeyinin yaradıcısı və direktoru, yazıçı Səfurə Həsənova, ADPU – nun müəllimi Səyyar Əliyev , ADRA-nın müəllimi Zinaida Mirzəzadə , Qarabağ Müharibəsi iştirakçısı Nəzakət Baxışova, Vətən Müharbəsi veteranı Səs TV-nin əməkdaşı Çingiz Abdullayev, AzPress.az saytının rəhbəri Rasim Sadıqov, İlkxeber.org saytının rəhbəri Xanoğlan Əhmədov, XəbərTime.az saytının rəhbəri Yeganə Telmanqızı , DunyaXeber.org saytının rəhbəri Dünyaxanım Əliyeva Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi islahatları , ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan, Vətən Müharibəsində qazanılan şanlı Zəfərdəki rolunu diqqətə çatdırıblar. İl boyu tamaşaçısı olduqları sərgi- tədbirlərin gənc nəslin vətənpərvər yetişməsində mühüm rol oynadığını bildirdilər.

Tədbirin bədii hissəsində vətənpərvər sənətkarlar Azərbaycanın Əməkdar artisti Elza Seyidcahan, Azərbaycanın Əməkdar artisti Səlim Abbasov, Rasimə Seyidcahan, Elxan Qaraxanoğlu , Mütəllim Mütəllimov , Yaqut Almaz və Şüvəlan Mədəniyyət Evinin Bədii rəhbəri Güləndam İsgəndərova gənc salisti Kamil Fərzəliyev müsiqi nömrələri ilə çıxış etdilər.

Sonda laureatlara qazandıqları nailiyyətlərə görə “Uğurlarınızla 2024-ə Uğur Ulduzu” Milli Mükafatı təqdim olunub.

Karabakh Post

Xatirə fotoları çəkilib.

Müxbir: Aygün Oqtay

Fotoqraf : Mahir Əhmədov

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda