weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Türkiyədə “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib

Ramin Bəhmən tərəfindən

14 noyabr 2023 18:38 tarixində paylaşıldı.

655381b8afd32655381b8afd331699971512655381b8afd2f655381b8afd30

Noyabrın 14-də Türkiyənin Prezident Kitabxanasında Azərbaycan Mədəniyyət Nazirliyi, “İrs” nəşriyyat evi və “PAŞA Həyat Sığorta” ASC-nin birgə layihəsi kimi çap olunan “Şuşa – zirvədən uca” kitabının təqdimatı və fotosərgi keçirilib.

Nazirlikdən verilən xəbərə görə, tədbirdə Türkiyənin tanınmış dövlət və ictimai xadimləri, o cümlədən Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım və digər qonaqlar iştirak ediblər.

Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işlərini əks etdirən videoçarx nümayiş olunub.

Bildirilib ki, “Şuşa – zirvədən uca” kitabında şəhərin qədim tarixi, mədəni həyatı, abidələri, işğal dövründə dağıntılara məruz qalması və azad edilməsi ilə bağlı faktlar və fotolar əksini tapıb.

Sonra tədbir iştirakçıları Türkiyənin Prezident Kitabxanasındakı Azərbaycan guşəsi ilə tanış olublar. Guşənin zənginləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizin tarix və mədəniyyətinə dair kitablar hədiyyə edilib.

Sonda Şuşa şəhərinin tarixi, abidələri, işğalı, azad edilməsi və burada dövlətimiz tərəfindən aparılan bərpa-quruculuq işlərini əks etdirən fotolardan ibarət sərgiyə baxış olub.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda