weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Nemət Tahirin ilk kitabı işıq üzü görüb

Gülcan Qəniyeva tərəfindən

18 fevral 2024 20:58 tarixində paylaşıldı.

IMG-20240217-WA0031

İstedadlı gənc yazar Nemət Tahirin ilk kitabı işıq üzü görüb. “Kəpənək ümidlər” adlanan kitaba müəllifin şeir və hekayələri daxil edilib. “Mücrü” nəşriyyatında çıxan kitabın naşiri Müşfiq Xandır.

“AğdamTv” portalı xəbər verir ki, Rüstəmli Nemət Qəzənfər oğlu (Nemət Tahir) 1987-ci ildə Ağdam rayon Qiyaslı kəndində anadan olub. 1995-ci ildə Mingəçevir şəhərində yerləşən Ağdam rayon 128 saylı köçkün tam orta məktəbinin 1-ci sinfində təhsil almağa başlayıb.

2006-cı ildə orta məktəbi bitirib, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.Müxtəlif zamanlarda mətbuatda dərc edilib. Üç il “168 saat” qəzetində reportyor kimi fəaliyyət göstərib. Son illər həmçinin xarici mətbuatda da şeir və hekayələri çap olunub.

2020-ci ildə Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş “Ədibin evi” hekayə yarışmasında 8 ölkədən 549 hekayə arasında hekayəsi 3-cü yerə layiq görülüb.

“Kəpənək ümidlər” adlndan da göründüyü kimi, geniş anlamda ümidlərdən, onların qanadlanıb pərvazlanmaslndan bəhs edir. Bəyəniləcəyinə əsla şübhə etmirik.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda