weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Əməkdar artist: “60 manata aktyor ailə saxlaya bilər?!”

Amaliya Hacızadə tərəfindən

12 aprel 2023 22:08 tarixində paylaşıldı.

IMG_20230412_220643_039

“Sənət adamlarının 2006-cı ildən aldığı qonorar 60 manatdır.

Həmin ildə bəlkə də bu rəqəm düzgün idi. Amma indi 60 manata aktyor ailə saxlaya bilərmi?!”.

AğdamTv report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımov “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.

N.Kazımov mükafat və fəxri adların yaşa görə verilməməli olduğuna bir daha diqqət çəkib: “Adlar sənətdəki xidmətlərə görə olmalıdır.

İllərlə səhnəyə çıxmayan adama fəxri ad verilir.

Bu necə olur?! 95 yaşı olan Gənc Tamaşaçılar Teatrı və 92 yaşı olan Kukla teatrının Akademik statusu yoxdur.

Axı niyə?! Bəyəm həmin teatrlarda işləyənlər daha az əziyyət çəkir və az tamaşa oynayır?!

Bu, birbaşa teatr işçilərinin dolanışığı ilə bağlı olan məsələdir.

Bu səbəbdən nəzərə almağınızı xahiş edirəm”.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda