weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Kəlbəcərdəki sahibsiz atları ələ keçirən əmi və qardaşı oğlu həbs edildi

Ramin Bəhmən tərəfindən

06 noyabr 2023 19:35 tarixində paylaşıldı.

IMG_20231106_193240_747

Lokal antiterror tədbirlərindən sonra Azərbaycan ordusunun nəzarətinə keçən ərazilərə qeyri-qanuni şəkildə keçərək orada erməni sakinlərdən qalmış atları Goranboya gətirən şəxslər həbs edilib.

Ağdam Tv xəbər verir ki, Xocalı şəhər sakini olan və Mingəçevirdə yaşayan 1972-ci il təvəllüdlü Oqtay Hüseynov və qardaşı oğlu, Xocalıda qeydiyyatda olsa da, Goranboyun Börü qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Şahin Hüseynov məsuliyyətə cəlb edilib.

Belə ki, həmin şəxslərin bir neçə gün əvvəl müvafiq qaydada icazə olmadan Kəlbəcər rayonuna, minalanmış əraziyə daxil olması və sahibsiz qalan atları Goranboy ərazisinə gətirmələri məlum olub. Hər iki şəxsin Gülüstan kəndi istiqamətindən Kəlbəcər rayonu – Sərsəng su anbarı istiqamətinə getmələri və oradakı heyvanları Börü kəndinə gətirmələri müəyyənləşib. Polis əməkdaşları Börüyə gedərək həyətə baxış keçirərkən həmin şəxslər müqavimət göstəriblər və atları necə əldə etmələrini gizlətməyə çalışıblar.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda