weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

EuroHome”da mağaza sahibini qətlə yetirən qardaşlara hökm oxundu

Amaliya Hacızadə tərəfindən

13 aprel 2023 23:27 tarixində paylaşıldı.

IMG-20230413-WA0009

“EuroHome” ticarət mərkəzində mağaza sahibini qətlə yetirməkdə ittiham olunan Rafael və Vüsal Yusubov qardaşlarının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

AğdamTv xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Rafael Əsgərov 18 il, Vüsal Yusubov isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2022-ci ilin iyul ayında Bakı-Sumqayıt şosesində yerləşən “EuroHome” ticarət mərkəzində qeydə alınıb.

Ticarət mərkəzində kombi satışı ilə məşğul olan mağaza sahibi 1993-cü il təvəllüdü Şəmiddin Quliyev iki nəfər tərəfindən qətlə yetirilib.

Qətl törətməkdə təqsirləndirilən Rafael və Vüsal Yusubov qardaşları bir gün sonra saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda