weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Mərkəzi Bankın sədri: Valyuta kreditlərinin payı 19%-ə enib, bu da tarixi minimumdur

Ramin Bəhmən tərəfindən

13 noyabr 2023 15:32 tarixində paylaşıldı.

merkezibank

Valyuta kreditlərinin payı 19%-ə enib, bu da tarixi minimumdur.

Ağdam Tv xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, valyuta kreditlərinin payı 19%-ə enib, bu da tarixi minimumdur.

Taleh Kazımov bildirib ki, bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır.

O qeyd edib ki, hazırda sektorda kapital mövqeyi minimum tələbi iki dəfə üstələyir: “Bu dövrdə sahibkarların maliyyəyə çıxışı genişləndirilir. 9 ayda kredit portfelimiz 14 %, biznes kreditləri isə 11 % artıb. Biznes kreditləri ümumi kredit portfelinin 54 %-ni təşkil edir. Valyuta kreditlərinin payı 19 %-ə enib, bu da tarixi minimumdur. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Qeyri-işlək kredit portfeli 3,5 % səviyyəsinə enib. Bank sektoruna və manata inam artıb. Cari 9 ayda milli valyutada əhalinin əmanətləri 15,6 % və ya 1,1 milyard manat artaraq 8 milyard manat təşkil edib”.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda