weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“Fitch” Azərbaycanın xalis suveren aktivlər mövqeyinin ÜDM-in 68,7 %-nə qədər artacağını gözləyir

Ramin Bəhmən tərəfindən

01 aprel 2023 14:07 tarixində paylaşıldı.

4a51f2e7-de62-33d0-9ac6-a30ac457dba0_850

2023-2024-cü illərdə Azərbaycanın xalis suveren aktivlər mövqeyinin 10,9 faiz bəndi artaraq ÜDM-in 68,7 %-nə çatacaq.

“AğdamTv” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

“Bu, müqayisə edilən ölkələrin reytinq qrupunda ən yüksək göstəricidir”, – agentlik qeyd edir.Hesabata görə, ölkənin strateji valyuta ehtiyatları 2022-ci ildə 5,9 milyard ABŞ dolları artaraq 58 milyard ABŞ dollarına çatıb ki, bunun da 85 %-i Dövlət Neft Fondunun aktivlərinin payına düşür. Burada enerji sektorundan əldə edilən gəlirlər onun investisiya portfelinin 5,2 %-lik itkilərini kompensasiya edir.

“Cari əməliyyatlar hesabının profisiti təxminən 14,6 faiz bəndi artıb. Hazırda neft-qaz sektoru Azərbaycanın ümumi ixracının təxminən 93 %-ni təşkil edir”, – “Fitch” vurğulayır.

Agentliyin analitiklərinin fikrincə, suveren reytinqi Azərbaycanın çox güclü xarici balansı, müqayisəli qrupda ən aşağı dövlət borcu və Dövlət Neft Fondunun böyük aktivləri hesabına maliyyələşdirmə çevikliyi dəstəkləyir.

“Məsələn, fiskal qaydaya əsasən xərclərin məhdudlaşdırılması və ya yüksək enerji qiymətlərinin uzun müddət davam etməsi hesabına güclü dövlət balansının qorunub saxlanması, yaxud enerji qiymətlərinin davamlı olaraq yüksək qalması hesabına xarici balansın daha da gücləndirilməsi, Azərbaycan iqtisadiyyatının səmərəliliyinin və proqnozlaşdırılma qabiliyyətinin yüksəldilməsi ölkənin kredit reytinqinin yüksəldilməsinə səbəb ola biləcək amillərdir”, – “Fitch” hesab edir.

Qeyd edək ki, “Fitch Ratings” Azərbaycanın xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini (IDR) “BB+” səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz “müsbət”dir.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda