weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Xankəndi şəhər stadionu bu nazirliyin BALANSINA VERİLDİ

Ramin Bəhmən tərəfindən

12 noyabr 2023 21:45 tarixində paylaşıldı.

sqnkendi_statidon

Xankəndi şəhər stadionu Gənclər və İdman Nazirliyinin (GİN) balansına verilib.

Ağdam Tv xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Bildirilib ki, hazırda orada aparılan yenidənqurma işləri ilə nazirlik məşğuldur.

Federasiyanın baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov yaxınlarda Qarabağa yollansa da, stadionda görülən tədbirlərə bilavastə GİN tərəfindən nəzarət edilir.

Bir müddət öncə başlayan söküntünun ilkin mərhələsi arxada qalıb.

Qondarma rejimin “bayrağ”ının rənglərində olan oturacaqlar artıq zibilliyə atılıb. Həmçinin ötən əsrdən qalan işıq dirəkləri “metalom”a atılıb.

Ən qısa zamanda arenaya yeni oturacaqlar quraşdırılacaq.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda