weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Azərbaycan taekvondoçusu Avropa Oyunlarına lisenziya qazanıb

Ramin Bəhmən tərəfindən

08 aprel 2023 22:40 tarixində paylaşıldı.

2a3c2f55-5aec-3d77-b16a-fb895197a7b8_850

Rumıniyanın paytaxtı Buxarestdə III Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri start götürüb.

“AğdamTv”nin məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb. Milli üzvü Səyyad Dadaşov turnirin qalibi adını qazanıb.

54 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçu yarımfinalda gürcüstanlı Data Axaladzeni 2:0 hesabı ilə məğlub edib. O, finalda ukraynalı Maksim Manekova da gücünü göstərib. Eyni hesabla qalib gələn Dadaşov həm qızıl medala, həm də Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına lisenziyaya sahib çıxıb.

Ondan fərqli, Xanoğlan Kərimov (63 kq) bürünc medalla kifayətlənib. Milli üzvü moldovalı Alin Manolu yarışdan kənarlaşdırsa da (2:0), yarımfinalda norveçli Kristian Borgenə uduzub və üçüncü yeri tutub.

Aprelin 9-da Həmidreza Bədriəliabadi (+87 kq) qüvvəsini sınayacaq. Yarışda hər çəki dərəcəsinin qalibi “Krakov-2023″də iştirak hüququ qazanır.

Qeyd edək ki, Səyyad Dadaşov III Avropa Oyunlarına vəsiqəni təmin edən 8-ci Azərbaycan taekvondoçusu olub. Ona qədər Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-də iştirak hüququ qazanıb. Avropa Oyunlarında taekvondo yarışları 23-26 iyunda keçiriləcək.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda