Ramin Bəhmən tərəfindən
10 noyabr 2023 0:06 tarixində paylaşıldı.
Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün turnirin qrup mərhələsində növbəti matçına çıxıb.
Ağdam Tv xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın “Bayer” klubunu qəbul edib.
Bakıda keçirilən oyunu İngiltərədən olan hakimlər briqadası idarə edib.
Matçda hesabı “Bayer”in oyunçusu Bonifase 90+1-ci dəqiqədə fərqlənib. O, 11 metrlik cərimə zərbəsi ilə hesabı açıb.
Matç qonaq komandanın minimal hesabla qələbəsi ilə yekunlaşıb.
AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.