Ramin Bəhmən tərəfindən
29 oktyabr 2023 21:18 tarixində paylaşıldı.
Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.
“AğdamTv” xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığmamız Misirlə üz-üzə gəlib.
Matç komandamızın 4:1 hesablı qələbəsi ilə bitib. Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar.
Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran Azərbaycan millisi son turun nəticələrindən asılı olmayaraq həm qrup birinciliyini, həm də 1/8 finala vəsiqəni təmin edib.
Qrupdakı digər matçda heç-heçə qeydə alınıb – İraq – Küveyt – 5:5.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son matçında oktyabrın 31-də Küveytlə üz-üzə gələcək.
AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.