weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

İsraildən Dağıstana gedən təyyarədəki sərnişinlərin vəziyyəti açıqlanıb

Ramin Bəhmən tərəfindən

30 oktyabr 2023 20:33 tarixində paylaşıldı.

owl_detail_620_cdee55635561fd9789e7e06b1aef2477

“İsrailin paytaxtı Tel-Əvivdən Dağıstana gedən təyyarədə iğtişaşlar zamanı sərnişinlər arasında xəsarət alan olmayıb”.

“AğdamTv” xəbər verir ki, bu haqda İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Çvi açıqlama verib.

Diplomatın sözlərinə görə, təyyarədə həm ikili vətəndaşlığı olan şəxslər, həm də yalnız İsrail və ya Rusiya pasportu olan sərnişinlər olub. Bundan əlavə, təyyarədə xərçəng müalicəsi üçün İsrailə gedən uşaqların olduğu da məlum olub.

“Xoşbəxtlikdən onlara heç nə olmayıb – hamısı çıxarılıb və artıq Mahaçqalada deyillər”, – səfir bildirib.

Xatırladaq ki, oktyabrın 29-u yüzlərlə insan hava limanı ərazisində etiraz aksiyasına toplaşıb. Buna səbəb İsraildən gələn təyyarə olub. Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər. Etirazçılar kütləvi şəkildə aeroportun binasına daxil olublar. İnsidentlə bağlı hava limanı bağlanıb. Bu gün Moskva vaxtı ilə 14:00-dan etibarən aeroport reysləri qəbul etməyə və yola salmağa başlayıb.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda