weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Azərbaycan zəlzələlərin öyrənilməsi sahəsində xarici mütəxəssislərlə tədqiqata başlayıb

Ramin Bəhmən tərəfindən

02 avqust 2022 18:52 tarixində paylaşıldı.

82f1d4b6-1830-304f-b1aa-2523ba766377_850

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Böyük Britaniyanın Oksford Universiteti arasında olan Anlaşma Memorandumu çərçivəsində birgə aparılan paleoseysmoloji tədqiqatlar davam etdirilir.

“Qarabaginfo” Mərkəzə istinadən xəbər verir ki, NATO-nun beynəlxalq layihəsi çərçivəsində 22-30 iyul tarixlərində Qırğızıstan Respublikasının Şimali Tyan-Şan dağ silsilələrində, Aksu qırılmasının aktivliyini və onun 1911-ci ildə baş vermiş zəlzələ ilə əlaqəsini müəyyən etmək üçün paleoseysmoloji çöl işləri aparılıb.

Birgə aparılan tədqiqatlarda Azərbaycanı AMEA nəzdində RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təmsil edib. Çöl işlərində həmçinin, Böyük Britaniyanın Oksford Universitetinin, Arizona Universitetinin (ABŞ), Kaliforniya Universitetinin (ABŞ), Qırğızıstan Seysmologiya İnstitutunun, Marsel Universitetinin (Fransa) əməkdaşları, eləcə də Qazaxıstan və Monqolustandan nümayəndələr iştirak ediblər.

Çöl işləri Oksford Universitetinin professoru Riçard Voalker və Arizona Universitetinin professoru Ramon Arrousmithin rəhbərliyi altında aparılıb.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda