Pxenyan Vaşinqton və Seulla potensial hərbi münaqişələrdə nüvə silahından istifadə etməyə hazırdır. Agdamtv.info “Euronews”a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In Koreya müharibəsinin başa çatmasının 69-cu ildönümünü qeyd edərkən bildirib. Həmçinin o, Şimali Koreyaya hücum olacağı təqdirdə cənub qonşusunu məhv etməklə hədələyib: “Seulda hökumətə “quldurlar” […]
Day: İyul 28, 2022
Konfrans Liqası: “Neftçi” növbəti mərhələyə yüksəlib
“Neftçi” UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib. Agdamtv.info-nun məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin “Aris” klubu ilə qarşılaşıb. Səfərdə 0:2 hesabı ilə uduzan “ağ-qaralar” rəqibinə 3 cavabsız qalib gəlib. Qolları 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqədə Eddi İsrafilov və 62-ci dəqiqədə […]
Tehranda sel fəlakəti – Ölən və yaralananlar var
İranın paytaxtı Tehranda baş verən daşqınlar ölümlə nəticələnib. Agdamtv.info xarici KİV-ə istinadən xəbər verir ki, sel zamanı 6 nəfər ölüb, 9 nəfər yaralanıb, 14 nəfərin isə itkin düşdüyü qeyd edilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Qeyd edək ki, bu gün Tehranın şimalında yerləşən İmamzadə Davud dağlıq bölgəsində güclü yağışların […]
Qadın güləşçimiz dünya çempionu oldu
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Romada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb. Agdamtv.info xəbər verir ki, Ruzanna Məmmədova (49 kq) finalda yaponiyalı Mihoko Takeuçiyə 5:3 hesabıyla qalib gələrək dünya çempionu olub.
UEFA Putinlə bağlı şüarlara görə “Fənərbaxça”ya intizam işi açıb
UEFA Türkiyənin “Fənərbaxça” klubuna intizam işi açıb. Agdamtv.info xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin evdə Ukraynanın “Dinamo” (Kiyev) komandasına 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub. Fanatlar 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti […]
AMEA-nın fəaliyyəti ilə bağlı – Açıqlama
“Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu proses AMEA-nın ləğv olunması deyil, əksinə elm və təhsilin inteqrasiyasında, yeni mərhələnin başlanğıcı deməkdir”. Agdamtv.info xəbər verir ki, bunu əhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. O bildirib ki, […]
Elm və Təhsil Nazirliyi yanında iki agentlik yaradıldı
Elm və Təhsil Nazirliyi yanında iki agentlik yaradılıb. Agdamtv.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.
Azərbaycanda pensiyalar artacaq tarix açıqlandı
2026-cı ilə qədər Azərbaycanda pensiyaların artırılması prioritet məsələlərdən biridir. 2022-ci ildəki orta aylıq əmək haqqındakı faiz dərəcəsinə uyğun olaraq, 2023-cü ilin yanvar ayında pensiya məbləğlərinin indeksiyası həyata keçiriləcək və pensiya məbləğlərində artım müşahidə olunacaq. Bu artımlar növbəti illərdə də davam edəcək”. Bunu açıqlayan Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov […]
Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçakın övladı dünyasını dəyişib.
O, qaraciyər xərçəngindən vəfat edib. Qeyd edək ki, Jezniçakın oğlu Oliver İsraildəki özəl xəstəxanaların birində müalicə alırdı.
Müdafiə Nazirliyi açıqlama yaydı
Müdafiə Nazirliyi Xocavənd rayonunda silahlı insident baş verməsinə dair yayılan iddialara aydınlıq gətirib. Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir