weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Rusiya ordusu Ukraynanın qəsəbələrini tərk edir  

Ramin Bəhmən tərəfindən

31 iyul 2022 18:10 tarixində paylaşıldı.

6ae48ead-2b0d-3a03-b460-66d5729fefbd_850

Rusiya ordusu şəxsi heyətini Ukraynanın Zaporojye əyalətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələrinin ərazisindən çıxarır.

Bu barədə “Qarabaginfo” Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir.

“İyulun 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin işğalçıların hərbi qüvvələrinin Zaporojye vilayətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələri yaxınlığında yerləşdiyi əraziyə endirdiyi zərbələrdən sonra Rusiya hərbçiləri canlı qüvvə və texnikanı başqa mövqelərə aparıblar. 40-a yaxın yaralı Poloqi şəhərindəki xəstəxanaya aparılıb. Hərbi bölmələr demək olar, Çerniqovkadan çıxarılıb”, – məlumatda deyilir.Qeyd edilir ki, yaşayış məntəqələrinin yaxınlığında bir neçə keçid məntəqəsi və 100-dən az hərbçi var. Rusiya hərbçilərinin qalan hissəsi texnika ilə birlikdə Tokmak və Berdyansk şəhərlərinə göndərilib.”Rusiya hərbçiləri yaşayış məntəqələrini tərk edərkən planlı rotasiya təəssüratı yaratmağa çalışırlar. Əslində, işğalçılar kəndi tamamilə tərk etmək niyyətindədirlər və giriş yollarını minalamağa başlayıblar”, – Ukrayna Silahlı Qüvvələri bildirib.

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda