“10 noyabr 2020-ci il tarixli bəyanatdan sonra yaranan vəziyyət dəyişib. İndi İran Ermənistan ətrafında gedən proseslərdə silahla iştirak etməyə hazırdır, Hindistan Ermənistana hərbi dəstək verməyə hazır olduğunu birbaşa bəyan edir”. “AğdamTv” xəbər verir ki, bunu Vahid Ermənistan Partiyasının üzvü Vardan Xaçatryan deyib. “Azərbaycan Türkiyənin dəstəyi ilə Zəngəzur yolunu hərbi yolla […]
Category: Qafqaz
Ermənistan Müdafiə Nazirliyi bəyanat yayıb
Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş verənlərlə bağlı məlumat yayıb. Agdamtv.info Ermənistan MN-nin bəyanatını təqdim edir. “Vardenis istiqamətində artilleriyanın olması bilavasitə Azərbaycan Silahlı Qüvvələrinin əlavə qüvvə və texnikasının köçürülməsi və yerləşdirilməsi ilə bağlıdır ki, bu da müəyyən gərginlik yaradıb. Ermənistan tərəfinin Azərbaycanın əlavə artilleriya və zenit silahlarının bu zonada yerləşdirilməsindən sonra […]
Ermənistan ordusunun əsgəri intihar edib
Ermənistan ordusunda intihar hadisəsi baş verib. Agdamtv.info-nun məlumatına görə Ermənistanın Qafan rayonundakı hərbi hissələrdən birində xidmət edən sıravi əsgər Qagik Marcumanyan intihar edib. Məlumatlara görə o, özünü asıb. İlkin məlumata görə, intihara səbəb Q.Marcumanyanın bir neçə əsgər yoldaşı tərəfindən zorlanması olub. Qafandakı bu hərbi hissədə son ayda artıq 3-cü əsgər […]
Ter-Petrosyan: Koçaryanın məqsədi Paşinyanı devirmək, Paşinyanın məqsədi isə hakimiyyətini saxlamaqdır
Ermənistanın sabiq prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyanı devirməyə cəhd edir, ikinci isə öz hakimiyyətini qorumağa çalışır və bunun da nəticəsində siyasi dialoq alınmır. Agdamtv.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib. Onun fikirlərini mətbuat katibi Arman Musinyan sosial şəbəkələrdə yayıb. “Hakimiyyətlə müxalifət […]
ABŞ-dan vətəndaşlara xəbərdarlıq
ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədəki vətəndaşlarına çağırış edib. Agdamtv.info xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyi Amerika vətəndaşlarına Ermənistanın Dilican (Ermənistan Tavuş), Göyçə (Erməni Qeqarkunik), Dərələyez (Ermənistan Vayots Dzor) və Zəngəzur (Ermənistan Sünik) rayonlarına və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ bölgəsinə gedən yola səfər etməməyi tövsiyə edir.
Cəbhədən xəbər var
Azərbaycan-Ermənistan sərhəddində silahlı insident davam edir. Agdamtv.info xəbər verir ki, Ermənistan SQ-nin daha 2 topu, 1 sursatla dolu yük avtomobili və 2 hərbi qulluqçusu atəş zərbəsi ilə məhv edilib.
Gürcüstan avroya keçir
Gürcüstan parlamenti üçüncü yekun dinləmədə ölkənin Vahid Avro Ödənişlər Zonasına qoşulması ilə bağlı qanun layihələr paketini qəbul edib. Bu barədə Agdamtv.info Gürcüstan Parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir. Ümumilikdə 21 qanuna dəyişiklik edilib. O cümlədən, “Gürcüstanın Milli Bankı haqqında”, “Kommersiya banklarının fəaliyyəti haqqında” və “Gürcüstanın ödəniş sistemi və ödəniş xidmətləri […]
Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh üçün ardıcıl addımlar atdığını bildirib
Azərbaycan Ermənistanla sülh gündəliyini irəli aparmaq üçün ardıcıl addımlar atır. Agdamtv.info Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə isitnadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığında bildirib. Ceyhun Bayramov, 31 avqust 2022-ci il […]
Qorbaçov dəfn olundu
SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov Novodeviçye qəbiristanlığında dəfn olunub. Agdamtv.info TASS-a istinadən xəbər verir. Məlumata görə, o, əvvəlcədən də müəyyənləşdirildiyi kimi, həyat yoldaşı, Raisa Qorbaçovanın yanında dəfn edilib. Dəfndə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Moskva meri Sergey Sobyanin, xarici ölkələrin səfirləri iştirak edib.
Bu gün işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi olub
. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, partlayış nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub. “Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə […]