Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) İcraiyyə Komitəsi 2023-cü ildə atıcılıq üzrə dünya çempionatına ev sahibliyinin Azərbaycana keçməsi barədə qərar qəbul edib. Agdamtv.info xəbər verir ki, bu barədə şənbə günü ISSF-in mətbuat xidməti məlumat yayıb. Rusiyada keçirilməsi nəzərdə tutulan turnirin 14-31 avqust 2023-cü il tarixlərində ölkəmizdə baş tutacaq. 30 iyun 2021-ci […]
Day: Sentyabr 3, 2022
Şəhidimizin əkiz bacı-qardaşı dünyaya gəldi – Fotolar
Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəlib. Agdamtv.info xəbər verir ki, bu barədə KTM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu feysbuk səhifəsində yazıb:“TƏBİB-in tabeliyində olan Respublika Perinatal Mərkəzində ailənin tək övladı, 44 günlük Vətən müharibəsində şəhid olan Sadiq Vəliyevin əkiz bacı-qardaşı dünyaya gəlib”. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Sadiq […]
“Qarabağ”ın rəqibi evdə inamlı qələbə qazanıb
UEFA Avropa Liqasının G qrupunda “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos” Yunanıstan Super Liqasında növbəti oyununu keçirib. Agdamtv.info xəbər verir ki, Pirey təmsilçisi III turda “Yonikos”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarını 7-yə çatdıran komanda 2-ci pilləyə yüksəlib. Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”a […]
“Neftçi” böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib
Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda daha bir görüş keçirilib. Agdamtv.info xəbər verir ki, “Neftçi” öz meydanında “Sumqayıt”ı böyük hesabla məğlub edib – 3:0. “Ağ-qaralar”dan qolları 19-cu dəqiqədə Ataa Caber, 55-ci dəqiqədə penaltidən Emin Mahmudov və 77-ci dəqiqədə Rəhman Hacıyev vurub. Bu qələbədən sonra paytaxt klubu xalını 12-yə çatdıraraq […]
Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə vəfat edib
Azərbaycan və rus dillərində dəyərli şeir kitablarının müəllifi, klassik və müasir ədəbiyyat nümunələrinin rus dilinə çevrilməsində və təbliğində böyük xidmətləri olan Səyavuş Məmmədzadə bu gün dünyasını dəyişib. Agdamtv.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı feysbukda paylaşım edib. Səyavuş Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində […]
Neftçalada avtomobil marketə çırpılıb, ölən və xəsarət alanlar var
Neftçalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub. Agdamtv.info xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Xıllı qəsəbə sakini İbrahim İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolun kənarında dayanmış “KİA” markalı avtomobilə, […]
Qorbaçov dəfn olundu
SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov Novodeviçye qəbiristanlığında dəfn olunub. Agdamtv.info TASS-a istinadən xəbər verir. Məlumata görə, o, əvvəlcədən də müəyyənləşdirildiyi kimi, həyat yoldaşı, Raisa Qorbaçovanın yanında dəfn edilib. Dəfndə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Moskva meri Sergey Sobyanin, xarici ölkələrin səfirləri iştirak edib.
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. sərəncamla 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək […]
Mövqelərimiz atəşə tutuldu
Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 19 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, bunlardan 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib. Digər […]
Bu gün Ukraynanın Xerson istiqamətində daha bir azərbaycanlı həlak olub
. bu barədə Nikolayevdəki diaspor fəalı Zaur Ağabəyov bildirib. Məlumata görə, həlak olan əsgərin adı Əliyev Rüstəm Ramazan oğludur. Xatırladaq ki, avqustda əslən Zəngilan rayonundan olan, Ukraynada “Gürcü legionu”nun əsgəri Ağalarov Elşad Ağalar oğlu da Donetsk vilayəti istiqamətində gedən döyüşlərdə həlak olmuşdu