Ramiz Əyyub oğlu Quliyev (30 aprel 1947, Ağdam) — Azərbaycan musiqiçisi, görkəmli tarzən, Azərbaycan SSR xalq artisti (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2014). 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov […]
Day: İyul 23, 2022
Ukrayna çempionu müharibədə həlak oldu
Həvəskarlar arasında Ukrayna çempionu olan Vasili Paveliyev Rusiya ilə müharibədə həlak olub. bu barədə Kiyevdəki patrul polisinin mətbuat xidməti məlumat yayıb. Kiyevdə patrul polisinin üzvü olan Paveliyev döyüş tapşırığını yerinə yetirərkən ölüb. Onunla birlikdə həmkarı Oleq Voloşin də dünyasını dəyişib.
Ağdaş sakinini elektrik cərəyanı vurub
Ağdaş sakinini elektrik cərəyanı vurub. hadisə Nehrəxəlil kəndində qeydə alınıb. 1978-ci il təvəllüdlü Taryel Hüseynov özünə məxsus traktorun üzərində qaynaq cihazı ilə təmir işi görən zaman onu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Sabah yağış yağacaq
İyulun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-32° isti, Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 757 […]
Daha 45 nəfər Ağalıya yola salındı
Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin birinci mərhələsi davam edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, iyulun 23-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola salınıb. Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin […]
DSX – da yeni təyinat
Dövlət Sərhəd Xidmətinə (DSX) yeni mətbuat katibi təyin olunub. DSX-dən sorğusuna cavab olaraq bildirilib ki, polkovnik-leytenant Aftandil Abbasov Kütləvi İnformasiya Vasitələri ilə iş şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, A.Abbasov ötən il Prezidentin sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. Xatırladaq ki, bundan əvvəl qurumun mətbuat […]
Sumqayıtda 16 yaşlı oğlan itkin düşüb
Sumqayıtda 16 yaşlı oğlan itkin düşüb. Bu barədə anası Kəmalə Əliyeva məlumat verib. Onun sözlərinə görə, oğlu Əliyev Fikrət Məhərrəm oğlu 21 iyul saat 02 radələrində evdən çıxıb və geri qayıtmayıb: “Özümüz Sumqayıtda yaşayırıq. Tətil olduğu üçün Tağıyev qəsəbəsinə gəlmişdik. Hadisə də burada baş verib. O hər gün saat 2-də […]
Ağdamda hava durumu
Qismən buludlu, yağıntısız olacaq Hiss edilir: +25°C Külək: Şimal-qərb, 7 m/s Nisbi rütubət: 41% Atmosfer təzyiqi: 759 mm.c.s Gün çıxır: 05:42 Gün batır: 20:14