weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

Yazanda da ağlayırdım, çapdan çıxanda da

Səadət Quliyeva tərəfindən

02 may 2023 14:19 tarixində paylaşıldı.

edd16ddc-4215-4b39-b423-a4c6762ac260

Agdam tv”- nin növbəti müsahibi uşaq yazıçısı, müəllim və sosial araşdırmaçı Aynur Qarayevadır.

Aynur Qarayeva illər öncəki xatirələrini bizimlə bölüşüb…

İlk şeirim ” Dönüş” qəzetində çap olunmuşdu. 1992- 1993 cü illər idi. Məcburi köçkün kimi Saatlı rayonunda qalırdıq. Şəhidlər, Vətən, ən çox da Ağdam haqqında yazırdım və rayon qəzetində çap olunurdu. Bu bir formada etirazım idi, başqa heç nə əlimdən gəlmirdi, müharibəyə, itirdiklərimə, əlacsızlığıma etirazım. Yazanda da ağlayırdım, çapdan çıxanda da.

İlk kitabımı əlimə aldıqda isə kövrəlmişdim.

Azərbaycanda uşaq ədəbiyyatı…

Azərbaycanda uşaq ədəbiyyatı son illər sürətli inkişaf edir. Artıq 2-ci Uşaq Kitab Festivalının keçirilməsi göstərdi ki, həm uşaq yazarlarımızla yanaşı oxucularımız da kifayət qədərdir.

Eyni zamanda Sevinc Nuruqızı, Sevinc Elsevər, Əziz Yaqublu, Vüqar Haqverdinin bir neçə yeni kitabı xeyli maraq doğurdu. 

Bilgə necə doğuldu…

“Xan” nəşrləri ölkədə ilk dəfə olaraq, silsilə uşaq romanı üçün 2500 manat büdcə ilə tender elan etdi. Meyarlarla qiymətləndirmə, imzasız oxu, bir sözlə şərtlər şəffaf, mövzu maraqlı idi. Şəmil Sadiqin ideyası olan mövzuya görə Bilgə adlı bir lisey şagirdi hər dəfə özünü fərqli peşələrdə sınayır və tez tez fikir dəyişir. İlk olaraq, ” Həkim Bilgə” mövzusu açıq elan edildi və müəəliflər içərisindən meyarlar üzrə ən çox bal toplayanlar seçildi. Beləcə, tenderin qalibləri mən və Cəmilə Məmmədli Bilgənin macəralarını yazmağa başladıq.

 Hər kitab Bilgənin bir seçim uğrunda mübarizəsi, başına gələn, maraqlı, gülməli əhvalatlardan ibarətdir. Kitabda daha çox şəkillər danışdırılır ki, bunların da müəllifi Vasif Səftərovdur. 

Hazırda ” Həkim Bilgə” və ” Səyyah Bilgə” kitabları oxuculara təqdim olunub, ” Mühəndis Bilgə” və ” Müəllim Bilgə” isə çap ərəfəsindədir. 

-Onu da qeyd edim ki, yaxın zamanlarda…

Bilgənin digər macəraları çapdan çıxacaq. 

Əslində daha çox araşdırma yazılar və araşdırma romanlar üzərində işləyirəm. ” Eşq Abdal” və

” Umay ana” romanları çapa hazırlanır.

-Eyni zamanda Aynur Qarayeva sosial şəbəkədə soyadının  “Qarayeva” yox Cavid olması ilə bağlı qeyd edir ki…

 Cavid atamın adıdır. 1993 – cü ildə müəmmalı şəkildə itkin düşüb. Çox istedadlı və yaradıcı biri olub. Bu onun yerinə də yaşamaq, onun deyəcəklərini demək, onun adını da yaşatmaq üçündür. 

Biz tək özümüz deyilik-  ana və atamızın genetik yaddaşı ilə doğulur, onlardan sonra da valideynlərimizin ideyalarını övladlarımıza ötürməyə çalışırıq.

Son olaraq gənc yazıçılara bildirmək istərdim ki…

Gənclərimiz yetəri qədər dünyagörüşlü və istedadlıdırlar. Sadəcə yazmaq istədikləri heç nəyi sabaha saxlamasınlar, yazsınlar. İnsan yaza yaza mükəmməlləşir. İstənilən istedad vərdişlə formalaşır.

Səadət Quliyeva

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda