weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan
weather_icon0° - Sumqayıt / Azərbaycan
weather_icon0° - Gəncə / Azərbaycan
weather_icon0° - Qarabağ / Azərbaycan
weather_icon0° - Bakı / Azərbaycan

“O şəhid oldu və mən onun yolundan getdim” – Məhsəti Şərif

Səadət Quliyeva tərəfindən

23 aprel 2023 21:34 tarixində paylaşıldı.

IMG_9342

“Ağdam tv” ANS-in keçmiş aparıcısı, “Səs” internet televiziyasının “Xəbərlər” bölümünün sabiq baş redaktoru, Türkiyədə yaşayan Məhsəti Şərif Özyürək ilə müsahibəni təqdim edir.

-Hüquq sahəsində təhsil almısınız, bəs nə üçün məhz jurnalistika ?…

-Hüquq sadəcə bir fakültə oldu. Oxudum, amma heç vaxt o sahədə özümü görmədim. İnsan özünü görmədiyi yerdə keyfiyyətli iş görə bilməz. Üçüncü ixtisas qrupun seçmişdim. Jurnalistika mənim xəyalım idi. Çingiz Mustafayev isə bu xəyalımı gərçəkləşdirmək ücün stimul oldu. O şəhid oldu və mən onun yolundan getdim. O zamanlar çox insan jurnalistikanı Çingizə görə sevmişdi.

-“Qəzetdə işləməyən jurnalist televiziyada özünü doğrultmur” deyən jurnalist…

-Qəzet fərqli məktəbdir. Mətbəədən redaksiyaya yeni gələn qəzetdə məqaləni sanki özün yazmamış kimi oxumaq fərqli hiss idi. Qəzet mütaliə etmək idi. Bir reportajı, müsahibəni yazmaq üçün çox söz ehtiyatı olmalıdır. Bir cümlə daha yaxşı, oxunaqlı olsun deyə neçə dəfə dəyişirik. Televiziyada bu yoxdur. Qısa müddətdə ən az sözü görüntü ilə birləşdirirsən. Bunun üçün də o məktəbi keçmək mütləqdir.

-Bildiyimiz kimi Ağdamı 16 yaşınızda tərk etmisiniz, bəs sonradan ilk dəfə Qarabağa, işğaldan azad olunan yurdunuza getdikdə nə düşündünüz, nə hiss etdiniz?

– Qarabağ mənim ürəyimin ən həssas nöqtəsidir. İlk dəfə Şuşaya getdim. Bu günədək hələ də Şuşada keçirdiyim o hissləri ifadə edə bilmirəm… Hər kəs yazdı, amma mən yaza bilmədim. Qarabağı sözə düzməyə acizəm. Qarabağ mənim qanayan yaramdır, hər toxunanda canım yanır. İnşallah tez bir zamanda yenə orda həyat canlanacaq.

-Azərbaycanda yeni layihələr yaratmağı planlayırsınızmı?

-Hər zaman aglımızda layihələr, planlar olur. Amma sadəcə duşündüyümüzü danışmaq peşəkarlıq olmaz. Reallaşdıqdan sonra danışarıq.

-Türkiyədə Azərbaycanla bağlı görülən işlərdən, eləcə də yenilikləri bizimlə bölüşə bilərsiniz?

-Mən Türkiyə vətəndaşıyam. Orda işləyirəm. Azərbaycanla bağlı deyil-Azərbaycan adına layihələr edirik. Məsələn, kitabxana açırıq, su olmayan Afrika ölkələrində su quyuları qazdırırıq. Hazırda Türkiyədə zəlzələ bölgəsində aş evimiz var. Depremzadələr üçün yemək veririk. Azərbaycanın milli bayramların, matəm günlərini qeyd edirik. Eyni zamanda, diaspora fəaliyyəti ilə məşğul oluruq. Türkiyədə yaşayan Azərbaycan vətəndaşları var. Onların bütün problemləri ilə məşğul oluruq. Özəlliklə qadın və uşaqlarla çalışırıq.

-Son olaraq gənc jurnalistlərə nə demək istərdiniz ?

-Gənc jurnalistlər çox oxusun, çox araşdirsin. Telefon jurnalistikası onları inkişaf etdirməz. Peşəkarlıq illərə görə bəlkə dəyişir, amma jurnalistikanın bir doğrusu var. Qərəzli olmayacaq, tək tərəfli düşünməyəcək və bir sahə üzrə özünü maksimum inkişaf etdirəcək.

“Ağdam tv” qeyd edir ki, Məhsəti Şərif Özyürək ANS-in keçmiş aparıcısı, “Səs” internet televiziyasının “Xəbərlər” bölümünün sabiq baş redaktoru olub. Daha sonra ailə həyatı quraraq Türkiyəyə köçüb.

Səadət Quliyeva

Xəbəri Paylaşın:

Platform Haqqında

AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.

Təqvim

BE.
ÇA.
Ç
CA.
C
Ş
B
Haqqımızda