Ramin Bəhmən tərəfindən
22 yanvar 2024 21:36 tarixində paylaşıldı.
NATO Hərbi Dəniz Qüvvələrinin 4 gəmisi Litvanın Klaypeda dəniz limanına daxil olub.
“AğdamTv” TASS-a istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikanın ordu komandanlığı məlumat yayıb.
Bunlar İspaniyanın “Almirante Juan De Borbon” və “Luici Rizzo” freqatları, həmçinin “Cantabria” (İspaniya) və “Bonn” (Almaniya) logistik gəmiləri Litva limanına daxil olub.
Daimi hazırlıq donanması qrupu NATO üzvü olan ölkələrin ona həvalə edilmiş gəmilərindən yaradılır. Onlar müntəzəm komanda tapşırıqlarını yerinə yetirirlər və böhran vəziyyətlərində də cəlb oluna bilərlər.
AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.