Ramin Bəhmən tərəfindən
27 mart 2023 20:59 tarixində paylaşıldı.
Kürqırağı quraşdırılmış su nasos stansiyalarının fəaliyyəti bərpa olunub.
Bir müddət əvvəl dəniz suyunun Kür çayına qarışmasının qarşısını almaq məqsədilə deltada suaşıran bənd vurulub. Buna baxmayaraq, çayda suyun səviyyəsi minimum həddən aşağı olduğundan Kür Xəzərə qovuşa bilmirdi.
Nəhayət son günlər Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində çayda suyun səviyyəsi bir metrə qədər qalxıb. Nəticədə Kür çayı suaşıran bəndin üzərindən keçməklə Xəzər dənizinə qovuşub.
Bununla da rayonda əkin sahələrinin suvarılmasında yaranmış çətinliklər də aradan qaldırılıb.
Mənbə: Report
AğdamTv.info saytı Ağdam Tv MMC daxilində fəaliyyət göstərən informasiya agentliyidir. Ağdam Tv MMC 2021-ci il May ayının 24-də yaradılmış media şirkətidir. AgdamTv.info İnformasiya Agentliyi olaraq məqsədimiz Azərbaycan Media sahəsində öz dəsti xəttimizi yaratmaqdır. Qarabağda və Regionda baş verən hadisələri dəqiq, qərəzsiz çatdırmaq əsas prioritetimizdir.